Olimpiya (Mane)

Olimpiya
Rəssam Eduard Mane
Tarixi 1863
Üslubu [1]
Texnikası yağlı boya
Ölçüləri 130,5 ± 0,1 sm × 191 ± 1 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Orse muzeyi
İnventar nömrəsi RF 644
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir.

Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur.[2] Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi.[3] Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi.[4] Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər.[5] Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi.[6] Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.[7] Salon rəhbərliyi sərgi davam edərkən Manenin hər iki portretini başqa bir otağa hərəkət və hücum ehtimalına qarşı qoruma altında tutmaq məcburiyyətində qaldı.[8]

Gələn tənqidlərə qarşı Şarl Bodler, Emil Zolya, Klod Mone kimi məşhur şəxslərin müdafiə etdiyi tabloda olan çılpaq Manenin favorit modeli Viktorina Möran idi. XVIXVII əsrlərdə YunanRoma heykəllərinin kəşfi ilə çılpaq qadın portretləri məşhur olmuşdu. Mane də "Olimpiya" rəsminin tərkibində bu dövrün əhəmiyyətli nümunələrindən biri olan Tisian Veçellionun "Urbinolu Venera" əsərindən təsirlənmişdi.[9] Həmçinin Corconenin "Yatan Venera" və Fransisko Qoyyanın "Çılpaq Maxa" əsərləri rəssamın digər ilham mənbəyi idi. Bu tarixi göndərmələrə baxmayaraq Manenin qadınında bir etiraz vardır və rəssam ənənəvi əsərlərdə ideal qadın obrazını pozmuşdur.[10]

Bəzi müəlliflər Pablo Pikasso, Ernst Ludviq Kirçner, Pol Qogen, Pol Sezann, Lerri River, Jan Dübüffe, Jan-Mikel Baskiya kimi rəssamlara təsir edən və onlara ilham mənbəyi olan "Olimpiya" əsərinin incəsənət tarixinin ilk avanqard çılpaq rəsm əsəri olduğu hesab edilir.[11] Həmçinin əsər Manenin digər iki tablosu 1863-cü ildə çəkdiyi "Çəmənlikdə səhər yeməyi" və 1881-ci ildə çəkdiyi "Foli-Berjerde bar" rəsmləri ilə birlikdə modernizmin simvolu olaraq qəbul edilir.[12]

  1. JocondeLab. 2014.
  2. Little, Stephen. İzmler: Sənəti Anlamaq. Tikinti Sənaye Mərkəzi Nəşrləri, 2006. ISBN 978-975-8599-75-2. Səhifə 81.
  3. Jones, Stephenson, 1999. səh. 102
  4. Farthing, Stephen. Ölmədən əvvəl görməniz lazım gələn 1001 rəsm (türk.)). Caretta nəşrləri. 2007. 417. ISBN ISBN 978-975-92722-9-6.
  5. Locke, 2003. səh. 2
  6. Rapelle, 2001. səh. 67
  7. Sitat səhvi: Yanlış <ref> teqi; Harrison adlı istinad üçün mətn göstərilməyib
  8. Katz, Celestine, 2000. səh. 70
  9. Luban, David. Legal Modernism. University of Michigan Press , 1997. ISBN 978-0-472-08439-5. Səhifə 56.
  10. Berger, John . Görüş formaları. "Metis" Nəşriyyatı, 2006. ISBN 975-342-083-8. Səhifə 63.
  11. Foster, Hal. Prosthetic gods. MIT Press, 2004. ISBN 978-0-262-06242-8. Səhifə 12.
  12. Harris Jonathan P., Greenberg Clement, Fried Michael, Clark Timothy J. Writing back to modern art: after Greenberg, Fried, and Clark. Routledge, 2005. ISBN 978-0-415-32429-8. Səhifə 57.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy